Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyatçı alimimizin işi Q1 reytinqli beynəlxalq jurnalda işıq üzü gördü


Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Riyazi analiz” şöbəsinin müdiri,AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin müəllifi olduğu məqalə çap olunub.

Məqalə “Analysis and Mathematical Physics” (https://www.springer.com/journal/13324) (WoS, IF-2.9) yüksək impakt faktorlu Q1 kateqoriyalı jurnalda işıq üzü görüb.

“Stratifid Li qruplarında təyin olunmuş total Morri fəzalarında maksimal funksiyanın kommutatorunun xarakterizasiyası” adlı məqalədə stratifid Li qruplarında təyin olunmuş total Morri fəzalarında maksimal kommutator operatoru və maksimal operatorun kommutatorunun məhdudluğu üçün meyarlar alınmışdır.Bu nəticələrin tətbiqi olaraq stratifid Li qruplarında təyin olunmuş total Morri fəzalarında maksimal kommutator operatorun və maksimal operatorun kommutatorunun məhdud olması üçün zəruri və kafi şərtlər tapılmışdır.

Məqalə ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.