03/06/2025
04 iyun 2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək.Ümuminstitut seminarda Xəzər Universitetinin təsisçisi, professor Hamlet Isaxanlı “Araşdırma universiteti və sənaye: tarix və bugün”mövzuda məruzə edəcəkdir.
Hamlet İsaxanlı — Xəzər Universitetinin təsisçisi, tanınmış alim, şair və ictimai xadimdir. O, 1948-ci il martın 1-də Gürcüstanın Qardabani rayonunun Kosalı kəndində anadan olmuşdur. Orta məktəbi qızıl medalla bitirmiş, 1965–1970-ci illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə başa vurmuşdur. Sonra Moskva Dövlət Universitetində aspirantura təhsili almış, 1973-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 1983-cü ildə isə doktorluq dərəcəsi qazanmışdır.
Alimin 200-dən artıq elmi məqaləsi, riyaziyyat, təhsil, dilşünaslıq üzrə monoqrafiya və dərslikləri, müxtəlif dillərdə nəşr olunmuş şeir kitabları mövcuddur . O, həmçinin Avrasiya Akademiyasının təsisçilərindən biridir .
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.