Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Riyazi analiz” şöbəsinin növbəti elmi seminarı keçirilib


03.06.2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika institunun “Riyazi analiz” şöbəsinin elmi seminarı keçirilib. Seminarda şöbənin aparıcı elmi işçisi r.ü.f.d., dosent Ömərova Mehriban Nazim qızı “Ümumiləşmiş çəkili parabolik Sobolev-Orliç-Morri fəzalarında aprior qiymətləndirmələri ” mövzusunda məruzə edib.

Məruzədə parabolik operatorlar üçün ümumiləşmiş çəkili parabolik Sobolev-Orliç-Morri fəzalarında aprior qitmətləndirmələrin parabolik sinqulyar inteqral operatorların doğurduğu subxətti operatorların ümumiləşmiş çəkili parabolik Orliç-Morri fəzalarında məhdudluğunu göstərməklə alınmasından danışıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.