04/06/2025
04 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi. Seminarda Xəzər Universitetinin təsisçisi,professor Hamlet İsaxanlı “Araşdırma universiteti və sənaye: tarix və bugün”mövzusunda məruzə ilə çıxış etdi.
Məruzədə professor Hamlet İsaxanlı dünyanın aparıcı təhsil və elm mərkəzləri olan araşdırma universitetlərinin tarixi inkişafı, onların sənaye ilə əlaqələrinin yaranması və bu münasibətlərin zamanla necə dəyişdiyini elmi-analitik yanaşma ilə təhlil edir. Məruzənin əsas məqsədi araşdırma universitetlərinin yalnız təhsil müəssisəsi deyil, eyni zamanda innovasiya və texnoloji inkişafın mərkəzi kimi funksionallığını ortaya qoymaq, bu funksiyanın iqtisadiyyata, sənayeyə və cəmiyyətə təsir mexanizmlərini araşdırmaqdır.
Həmçinin məruzədə orta əsrlərdə Avropada yaranan universitetlər XIX əsrdə Almaniyanın Humboldt modeli ilə müasir araşdırma universitetlərinə çevrildi və bu model sonradan ABŞ və digər ölkələrdə geniş şəkildə tətbiq olundu. XX əsrdə sənaye inqilabları nəticəsində universitetlər innovasiya mərkəzinə çevrildi, II Dünya Müharibəsindən sonra isə xüsusilə ABŞ-da universitet-sənaye əməkdaşlığı dövlət siyasətinin əsas hissəsinə çevrildi, Stanford Universitetinin Silikon Vadisindəki rolu bu modelin uğurlu nümunəsi olduğunu göstərir.Universitetlərdə aparılan elmi tədqiqatlar texnologiya transfer ofisləri, inkubatorlar və startaplar vasitəsilə sənayedə tətbiq olunur. Patentləşmə prosesi isə bu istiqamətdə universitetlərin rolunun daha da artdığını göstərir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.