Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


11 iyun 2025-ci il tarixdə saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək.Ümuminstitut seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Hilalə Cəfərova “Süni intellekt alətlərinin akademik araşdırmalara tətbiqi” adlı məruzə ilə çıxış edəcək.

Məruzədə Süni intellekt (Sİ) alətlərinin akademik araşdırmaların planlaşdırılması, aparılması və nəticələrin təqdim olunması mərhələlərində rolu haqda məlumat veriləcək. Sİ alətləri – məsələn, ChatGPT, Elicit, Scite, Connected Papers, Grammarly və digərlərinin istifadəsi ilə araşdırma suallarının formalaşdırılması, akademik mənbələrin analizi və strukturlaşdırılmış yazının hazırlanması kimi funksiyalar yerinə yetiriləcək.

Hilalə Əlmərdan qızı Cəfərova 1999-cu ildə Bakı Dövlət Universitetinin (BDU)-Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin riyaziyyatçı, proqramçı, kompüter elmləri müəllimi ixtisası üzrə bitirib. 2011-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutunda Ehtimal nəzəriyyəsi və riyazi statistika ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib. 2020-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasında dosent vəzifəsini icra edir.

Tədris etdiyi fənnlər:Ehtimal nəzəriyyəsi və riyazi statistika, Statistika,  Tətbiqi statistik paketlər, Data Analitikası (R, MS PowerBI), R statistik proqramlaşdırma dili,  Verilənlər bazası,  İntellektual sistemlər, Maşım öyrənməsi,  İnformasiya təhlükəsizliyi, Kibertəhlükəsizlik, Kriptoqrafiya və s.

Riyaziyyat üzrə fəlsəfə doktorluq disesrtasiyasının əsas nəticəsi olan “Hərəkətli hissəciklərin riyazi modelləri və onların növbə sistemlərinə tətbiqləri” adlı məqaləsi 7-9 noyabr 2011-ci il Makaoda (Çin) keçirilən İdarəetmə Elmi və Mühəndislik İdarəetməsi üzrə Beşinci Beynəlxalq Konfransın Grant Prize (Spinger) mükafatına layiq görülmüşdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.