Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


11 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi.Ümuminstitut seminarda Azərbaycan Dövlət İqtisad Universitetinin “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrasının dosenti Hilalə Cəfərova  “Süni İntellekt Alətlərinin Akademik Araşdırmalara Tətbiqi” adlı məruzə ilə çıxışı etdi.

Son illərdə süni intellekt (Sİ) texnologiyalarının sürətli inkişafı elm və təhsil sahələrinə də güclü təsir göstərmişdir. Bu inkişaf xüsusilə akademik araşdırmaların təşkili, təhlili və təqdimatı proseslərində yeni imkanlar yaratmışdır. Məruzədə süni intellekt alətlərinin akademik tədqiqatlarda necə tətbiq olunduğu, hansı imkanları təqdim etdiyi və potensial çağırışlar ətraflı şəkildə araşdırılır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.