Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


18.06.2025-ci il tarixdə saat 10:00-da Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçiriləcək. Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, professor Vüqar Elman oğlu İsmayılov “Bəzi bibliometrik göstəricilər və onların elmi fəaliyyətin qiymətləndirilməsindəki rolu haqqında” mövzusunda çıxış edəcəkdir.

Məruzədə FWCI və CNCI adlı istninad təsiri göstəricilərinin elmi inkişafa baxışı necə formalaşdırdığı haqqında danışılacaq.

Tədqiqatçıların, bölmələrin, institutların, ümumilikdə elmi fəaliyyətin qiymətləndirilməsində bu cür göstəricilərə həddindən artıq etibar etməyin nəticələri nümunələr və təhlillər vasitəsilə nəzərə çatdırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.