Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirildi


18 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi.Ümuminstitut seminarda RMİ-nun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin müdiri, professor Vüqar Elman oğlu İsmayılov “Bəzi bibliometrik göstəricilər və onların elmi fəaliyyətin qiymətləndirilməsindəki rolu haqqında” mövzusunda məruzə ilə çıxış etdi.

Məruzədə  elmi fəaliyyətin qiymətləndirilməsində əsas meyar kimi çıxış edən bibliometrik göstəricilər – xüsusilə FWCI (Sahə-Çəkili Sitat Təsiri) və CNCI (Kateqoriya üzrə Normallaşdırılmış Sitat Təsiri) kimi nisbətən yeni indekslər ətraflı şəkildə təhlil olunub. Qeyd olunub ki, bu göstəricilər yalnız akademik nüfuzun deyil, həm də işə qəbul proseslərinin, layihələrin maliyyələşdirilməsinin və ümumilikdə elmin idarə olunmasının əsas meyarlarından birinə çevrilsə də, çox zaman elmi fəaliyyətin mahiyyətini əks etdirmir və səhv nəticələrə yol açır.

Sonda məruzə ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.