Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Rekord nəticə: 25 universitetimiz beynəlxalq reytinqdə


İyunun 18-də dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyi ali təhsil müəssisələrinin növbəti reytinq tədqiqatının nəticələrini – “Impact Rankings 2025” açıqlayıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, dünya universitetlərinin BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini qiymətləndirən tədqiqatda Azərbaycan ali təhsil müəssisələrinin sayı rekord həddə – 25-ə çatıb.

Azərbaycan üzrə ən yaxşı nəticəni Bakı Dövlət Universiteti və Xəzər Universiteti göstərib.

Beləliklə, Azərbaycan universitetlərinin beynəlxalq reytinqdəki sıralaması aşağıdakı kimidir.

1.401-600 Bakı Dövlət Universiteti

2.401-600 Xəzər Universiteti

3.401-600 Azərbaycan Dövlət İqtisad Universiteti

4. 801-1000 Bakı Ali Neft Məktəbi

5.1001-1500 Azərbaycan Tibb Universiteti

6.1001-1500 Azərbaycan Dövlət Aqrar Universiteti

7.1001-1500 Qərbi Kaspi Universiteti

8.1501+ Azərbaycan İdman Kompleksi

9.1501+Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

10.1501+ Azərbaycan Dövlət Pedaqoji Universiteti

11.1501+ Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

12.1501+ Azərbaycan Dövlət Texniki Universiteti

13.1501+ Azərbaycan Texnologiya Universiteti

14.1501+ Azərbaycan Texnologiya Universiteti

15.1501+ Azərbaycan Turizm və Menecment Universiteti

16.1501+ Azərbaycan Memarlıq və İnşaat Universiteti

17.1501+ Azərbaycan Dillər Universiteti

18.1501+Bakı Musiqi Akademiyası

19.1501+ Bakı Mühəndislik Universiteti

20.1501+ Bakı Avrasiya Universiteti

21.1501+ Bakı Slavyan Universiteti

22.1501+ Gəncə Dövlət Universiteti

23.1501+ Mingəçevir Dövlət Universiteti

24.1501+ Naxçıvan Dövlət Universiteti

25.1501+ Sumqayıt Dövlət Universiteti

Qeyd edək ki, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Aqrar Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan İdman Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti və Mingəçevir Dövlət Universiteti ilk dəfə reytinqdə yer alır.

Məlumat üçün bildirək ki, “THE Impact Rankings” reytinq siyahısı THE tərəfindən hazırlanıb və BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsasında dünyanın ali təhsil müəssisələrinin sosial, iqtisadi və ekoloji sahələrdəki töhfəsini ölçən qlobal reytinq sistemidir. Bu reytinq universitetlərin tədqiqat fəaliyyəti, idarəetmə siyasətləri, sosial təsiri və ictimai öhdəliklərini obyektiv meyarlarla qiymətləndirməklə onların dayanıqlı inkişafa verdiyi dəstəyi əks etdirir.
Reytinqin nəticələri Azərbaycan universitetlərinin qlobal səviyyədə artan nüfuzunu və Dayanıqlı İnkişaf Məqsədlərinə sadiqliyini nümayiş etdirilir.

muallim.edu.az