Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Dalğa dinamikası” şöbəsinin aparıcı elmi işçisi Rəsulov Mübariz Bilal oğlunun 75 yaşı tamam olur


Rəsulov Mübariz Bilal oğlu 1950-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1972-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini mühəndis-mexanik ixtisası üzrə müvəffəqiyyətlə bitirmişdir.

1985-ci ildən etibarən “Deformasiyaya uğrayan bərk cisimlər mexanikası” (ixtisas şifri: 01.02.04) sahəsində fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür.

1990-cı ildən başlayaraq bir sıra mühüm sənaye və elmi müəssisələrdə fəaliyyət göstərmişdir. O, Bakı kondisioner zavodunda, EA-nın Riyaziyyat və Mexanika İnstitutunun Xüsusi Konstruktiv Bürosunda (XKB), həmçinin “Kristal” Xüsusi Konstruksiya-Texnoloji Bürosu və Məntəqəsində (XKTBM) böyük texnoloq, aparıcı mühəndis və sektor rəhbəri kimi mühüm vəzifələrdə çalışmışdır.

Mübariz Rəsulovun elmi fəaliyyətinə 19 elmi iş və 3 ixtira daxildir. Onun elmi-texniki töhfələri mühəndislik və tətbiqi mexanika sahəsində əhəmiyyətli dəyərə malikdir.

İnstitutun kollektivi Mübariz Rəsulovu 75 yaşı tamam olması münasibətilə təbrik edir, ona insan həyatı üçün ən dəyərli nemət olan can sağlığı, uzun ömür, elmi-pedaqoji, ictimai fəaliyyətində müvəffəqiyyətlər arzulayır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.