Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elsevier” təşkilatı ilə Azərbaycan nümayəndə heyəti arasında arasında “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində görüş keçirilib


17 iyun 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Elsevier” təşkilatı və Azərbaycanın nümayəndə heyəti arasında görüş baş tutub.

Görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Azərbaycanın 10-dək aparıcı ali təhsil müəssisəsinin rəhbəri iştirak edib.

Görüş zamanı ali təhsil müəssisələrinin elmi-tədqiqat göstəricilərinin təhlili, tədqiqat strategiyasının inkişafı, beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsində tədqiqatların rolu və s. barədə müzakirələr aparılıb.

eatda.edu.az