İyunun 23-də İstanbulda TURAN25 Beynəlxalq Simpoziumunun Açılış Mərasimi Keçirildi
İyunun 23-də İstanbul şəhərində Yıldız Texnik Universitetinin təşkilatçılığı ilə keçirilən TURAN – Fundamental Elmlər üzrə Beynəlxalq Simpoziumunun (TURAN25) açılış mərasimi baş tutub. Simpoziumda Azərbaycanı təmsil edən alimlər də fəal iştirak ediblər.
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun bir qrup əməkdaşı ilə yanaşı, ölkənin digər elmi-tədqiqat institutlarının və ali təhsil müəssisələrinin mütəxəssisləri də yer alıblar. Simpozium çərçivəsində müxtəlif sahələr üzrə fundamental elmlərin aktual problemlərinə dair müzakirələr aparılıb, iştirakçılar elmi-tədqiqat işlərinin nəticələrini bölüşüblər.
Tədbirdə Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru,AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov çıxış edərək, simpoziumun elm və texnologiyanın inkişafında oynadığı rol, eləcə də beynəlxalq elmi əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, TURAN25 simpoziumu müxtəlif ölkələrdən olan elm adamlarını bir araya gətirərək fundamental elmlər sahəsində bilik və təcrübə mübadiləsini təşviq edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.