Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ChatGPT” beyində görün nəyə səbəb olurmuş


Massaçusets Texnologiya İnstitutunun alimləri ilk dəfə olaraq “ChatGPT”dən istifadə sonrası insan beyninin fəaliyyətini araşdırıblar. Tədqiqatın nəticələri xüsusilə gənc istifadəçilər üçün narahatedici siqnallar verir.

Təcrübəyə 54 tələbə cəlb olunub və onlar üç qrupa bölünüb:  “ChatGPT” və digər dil modellərindən istifadə edənlər, yalnız internet axtarışı aparanlar, heç bir yardım almadan çalışanlar. İştirakçıların beyin fəaliyyəti elektroensefaloqrafiya (EEQ) vasitəsilə izlənilib. Nəticədə intellektual alqoritmlərdən (İA) istifadə edənlərdə koqnitiv fəaliyyətin azalması, yaddaş zəifləməsi və fikrin formalaşmasında çətinliklər müşahidə olunub. Dörd ay fasiləsiz İA istifadəsi bu təsirləri gücləndirib. İA-dan imtina edənlərdə beyin funksiyalarının əvvəlki vəziyyətə qayıtması çətin olub.  Ekspertlər xəbərdarlıq edirlər ki, süni intellekt faydalı alət olsa da, ondan həddindən artıq asılılıq  düşüncə və öyrənmə qabiliyyətinə (xüsusilə təhsil sahəsində) zərər verə bilər. Həmçinin vurğulanıb ki, “ChatGPT” kimi sistemlər hər 10-50 sorğu üçün serverlərin soyudulması məqsədilə təqribən 50 millilitr su sərf edir. Uzun və formal üslublu sorğular isə enerji və resurs sərfini artırır.

respublika-news.az