Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Professor Misir Mərdanov Yıldız Texnik Universitetində beynəlxalq elmi konfransda iştirak edib və TRT AVAZ kanalına müsahibə verib


2025-ci ilin iyun ayında Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov İstanbulda yerləşən Yıldız Texnik Universitetində keçirilən beynəlxalq elmi konfransda iştirak etmişdir. Professor Misir Mərdanov tədbir zamanı TRT AVAZ kanalının “Avaz Gündem” proqramına müsahibə verib. Müsahibədə alim, regionda təhsilin inkişaf tendensiyaları, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və gənclərin elmi fəaliyyətə marağının artırılması məsələlərinə toxunmuşdur. O, çıxışında elmi konfransların yalnız elmi müzakirə platforması kimi deyil, həm də ölkələrarası elmi-təhsil əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini xüsusi olaraq vurğulamışdır. Qeyd etmişdir ki, bu cür beynəlxalq tədbirlər elm və təhsildə qlobal inteqrasiyanın təşviqinə, təcrübə və bilik mübadiləsinə mühüm töhfə verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.