Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Həkimlərdən daha dəqiq işləyən süni intellekt sistemi


“Microsoft” şirkətinin mütəxəssisləri  həkimlərdən 4 dəfə daha dəqiq nəticə verən yeni süni intellekt sistemini hazırlayıblar.  “MAI Diagnostic Orchestrator” (qısa adı: MAI-DxO) adlanan sistem tibbi diaqnostikada inqilabi dəyişiklik vəd edir.

Yeni sistem “OpenAI”, “Google”, “Meta” və digər şirkətlərin modellərini birləşdirərək “birlikdə qərar” mexanizmi ilə işləyir. 304 mürəkkəb tibbi hal üzərində aparılan testlərdə sistemin diaqnostik dəqiqliyi 80 faizə çatıb. Eyni hallarda həkimlərin nəticələri 20 faiz səviyyəsində olub. MAI-DxO yalnız təsvirə əsaslanan sahələrdə deyil, ümumi tibbi diaqnostikada da istifadə edilə bilər. Lakin mütəxəssislər sistemin klinik şəraitdə geniş sınaqlardan keçirilməsinin vacibliyini vurğulayıblar. Qeyd edək ki, “Microsoft” texnologiyanı hələlik bazara çıxarmayıb, lakin gələcəkdə bu sistemin sağlamlıq məsləhətləri və peşəkar tibbi alətlərdə istifadəsi planlaşdırılır.

respublika-news.az