Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanın regional universiteti “QS Stars” qiymətləndirməsində iştirak edib


“Quacquarelli Symonds” (QS) qlobal reytinq agentliyi tərəfindən keçirilən “QS Stars” audit qiymətləndirməsində Lənkəran Dövlət Universitetinin fəaliyyəti 3 ulduz (“yaxşı”) ilə qiymətləndirilib/Ümumilikdə 9 fərqli kateqoriya üzrə fəaliyyəti dəyərləndirilən Lənkəran Dövlət Universiteti 3 kateqoriya üzrə 5 ulduz (“mükəmməl”) əldə edib“QS Stars” ali təhsil müəssisələrinin müxtəlif istiqamətlərdə fəaliyyətini qiymətləndirən beynəlxalq reytinq sistemidir. Sözügedən sistem universitetlərin güclü və inkişaf etdirilməli sahələrini müəyyən etməyə dəstək olmaqla onların qlobal səviyyədə tanınmasına töhfə verir.Qeyd edək ki, öncəki aylarda Azərbaycanın bir neçə aparıcı universiteti “QS Stars” qiymətləndirməsindən uğurla keçiblər.

eatda.edu.az