Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

İnsan gözündən daha sürətli bionik sensor


Çinli alimlər texnologiyada inqilab edəcək yeniliyə imza atıblar. Belə ki, Fucou Universitetinin tədqiqatçıları  işıq dəyişikliklərinə insan gözündən daha sürətli uyğunlaşa bilən  bionik sensor hazırlayıblar.

Elm adamları sensoru hazırlayarkən insan retinasının işıq siqnallarını qəbuletmə və onlara uyğunlaşma qabiliyyətindən ilhamlanıblar. Qeyd edək ki, insanın görmə sistemi işıq intensivliyindəki kəskin dəyişikliklərə uyğunlaşa və bunu yaddaşda saxlayaraq növbəti bənzər şəraitdə daha sürətli reaksiya verə bilən mürəkkəb quruluşa malikdir. Ənənəvi rəqəmsal görmə sistemləri isə lazımsız  məlumatların yaradılması və yüksək enerji sərfiyyatı kimi problemlər səbəbindən görüntü emalında ləngidir. Yeni cihaz insan gözünün 2-30 dəqiqə ərzində   qaranlıq və işıq arasındakı kəskin dəyişikliklərə cəmi 40 saniyəyə uyğunlaşa bilir. Onun işləmə prinsipi işığı effektiv şəkildə elektrik siqnallarına çevirə və ani işıq dəyişikliklərinə uyğunlaşa bilən kvant nöqtələri yaxud nanoölçülü yarımkeçirici kristalların istifadəsinə əsaslanır. Tədqiqatçılar  bildiriblər ki, sensor mövcud sistemlərdəki problemləri aradan qaldıraraq daha az enerji ilə daha sürətli hesablama aparmaq imkanı yaradır.

respublika-news.az