Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Toz halına salınmış süni qan


ABŞ-ın Merilend Universitetinin alimləri tibbdə ən çətin problemlərdən birini həll edərək inqilabi yeniliyə imza atıblar. Belə ki, mütəxəssislər toz halında süni qan hazırlayıblar.

“ErythroMer” adı verilən innovativ maddə sadəcə su əlavə etməklə bir neçə dəqiqə ərzində transfuziyaya hazır olur. O soyuducuya ehtiyac duymadan illərlə saxlanıla bilər ki, bu da xəstəxanadan kənar qəzalar və ya xəsarətlər zamanı istifadə imkanı verir. Süni qanın istehsal prosesi elmi cəhətdən təəccüblüdür. Əvvəlcə qandan çıxarılan hemoqlobin molekulları ayrılır. Orqanizmdə oksigenin daşınmasına cavabdeh olan bu molekullar birbaşa istifadə edildikdə zəhərli təsir göstərdiyi üçün xüsusi emaldan keçir. Tədqiqatçılar hemoqlobini lipid membranlardan hazırlanmış qoruyucu kapsula daxil edərək süni hüceyrə membranı yaradıblar ki, bunun sayəsində o bütün bədəndə təhlükəsiz dövr edə bilir və oksigen daşımasına imkan verir. Süni daşıyıcılar daha sonra dondurularaq qurutma üsulu ilə tozlanır. Məhsul soyuducuya ehtiyac olmadan illərlə saxlanılır və asanlıqla daşınır. Fövqəladə vəziyyətdə tibb işçiləri sadəcə su əlavə edə və bir neçə dəqiqə ərzində tozu transfuziya və ya transplantasiya üçün hazır vəziyyətə gətirə bilərlər. İndiyə qədər yüzlərlə dovşan üzərində aparılan sınaqlar süni qanın təsirli və təhlükəsiz olduğunu göstərib. Lakin insan üzərində sınaqlar hələ başlanmayıb.

 

 

respublika-news.az

Faydalı linklər