28/08/2025
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (#4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”a qeydiyyat davam edir.
Aprel ayından başlayan “Milli Proqram” çərçivəsində indiyədək 30 minə yaxın vətəndaş “Coursera” onlayn təhsil platformasında 150 minə yaxın təlimdən ödənişsiz yararlanıb.
Vətəndaşlar 50 min təlimi uğurla başa vuraraq beynəlxalq sertifikatlar əldə ediblər.
“Milli Proqram”ın əsas məqsədi Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək, vətəndaşların dördüncü sənaye inqilabı texnologiyaları üzrə bilik və bacarıqlarını artırmaq və əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanmasına dəstək verməkdir.
Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq https://form.4sim.gov.az saytında qeydiyyatdan keçərək bu imkandan yararlana bilirlər.
Ətraflı: https://tinyurl.com/3mv5szsa