04/09/2025
2025-ci il sentyabrın 3-də Bakıda ənənəvi olaraq keçirilən “Riyaziyyat və Mexanikanın Müasir Problemləri” mövzusunda XII Beynəlxalq Elmi Konfrans çərçivəsində Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov TV1 televiziya kanalına müsahibə verib. Professor müsahibədə konfransın əhəmiyyəti, qarşıya qoyulan məqsədlər, eləcə də beynəlxalq elmi əməkdaşlığın perspektivləri barədə ətraflı məlumat verib
Misir Mərdanov bildirib ki, konfransda dünyanın müxtəlif ölkələrindən nüfuzlu alimlər iştirak ediblər. Tədbirin əsas məqsədi xarici ölkələrdən gələn alimlərlə tanışlıq, onların elmi fəaliyyətlərini dinləmək və tədqiqat istiqamətləri ilə yaxından tanış olmaqdır. Akademikin sözlərinə görə, bu cür elmi platformalar gələcəkdə beynəlxalq əməkdaşlıqların formalaşmasına böyük təkan verir:
Professor Misir Mərdanovun fikrincə, elmi mübadilə və beynəlxalq əməkdaşlıq Azərbaycan elminin inkişafına, xüsusilə də riyaziyyat və mexanika sahəsində yeni tədqiqat istiqamətlərinin müəyyən olunmasına imkan yaradır.Alim bu kimi tədbirlərin davamlı keçirilməsinin elm mühitində aktivliyin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.