Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə ixtisas imtahanları keçirilib


11 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya ixtisas fənnindən qəbul imtahanları təşkil olunub.

İmtahanların keçirilməsi məqsədilə institutun baş direktorunun əmrinə əsasən müvafiq ixtisaslar üzrə qəbul komissiyaları yaradılıb. Komissiyalara RMİ-nun baş direktoru,AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov sədrlik edib.

İmtahanlar aşağıdakı ixtisaslar üzrə və müvafiq komissiya üzvlərinin iştirakı ilə keçirilib:

1202.01 – Analiz və funksional analiz: f.-r.e.d., prof. Həmidulla Aslanov, r.e.d., dos. Telman Qasımov, r.e.d., prof. Rövşən Bəndəliyev;

1211.01 – Diferensial tənliklər: r.e.d., prof. Ədalət Axundov, r.e.d., prof. Hamlet Quliyev, f.-r.e.n. Əbdürrəhim Quliyev;

2002.01 – Deformasiya olunan bərk cisim mexanikası: AMEA-nın müxbir üzvü Qeylani Pənahov, f.-r.e.d., prof. Lətif Talıblı, f.-r.e.d., prof. Nazilə Rəsulova.

Hər bir ixtisas üzrə bir nəfər olmaqla ümumilikdə 3 iddiaçı imtahanda iştirak edib. İmtahan nəticələri məqbul qiymətləndirilib və qəbul prosesi uğurla yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər