17/09/2025
2025-ci il sentyabrın 17-də AMEA Riyaziyyat və Mexanika İnstitutunun Elmi Şuranın növbəti iclası keçirilib. İclasda institut əməkdaşlarının elmi ezamiyyətlərinə dair hesabatlar dinlənilib və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-ci il tarixli sərəncamına uyğun olaraq fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul məsələsi müzakirə olunub.
İclasa İnstitutun baş direktoru,AMEA-nın müxbir üzvü,professor Misir Mərdanov sədrlik edib.İlk olaraq professor Misir Mərdanov, riyaziyyat elmləri doktoru Elman İbrahimov və professor Fərman Məmmədov ezam olunduqları beynəlxalq tədbirlər, apardıqları tədqiqatlar və əldə etdikləri elmi nəticələr barədə çıxış ediblər. Həmçinin bu ezamiyyətlərin beynəlxalq elmi əməkdaşlıqların genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb. Şura üzvləri təqdim olunan hesabatları müsbət qiymətləndiriblər.
Daha sonra 2025-ci il üzrə doktoranturaya qəbul məsələsi müzakirəyə çıxarılıb. Qəbul planı, ayrılmış yerlər və ixtisaslar barədə məlumat verilib, qəbul meyarlarının təkmilləşdirilməsi və elmi rəhbərlərin rolu ilə bağlı fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.