22/09/2025
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.
Bu sayın ön səhifəsində Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü və “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında” ölkə başçısının Sərəncamı yer alıb.
Bugünkü buraxılışın ilk səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin İğdır Universitetinin rektoru prof. Dr. Ekrem Gürel və Dünya Söz Akademiyasının İdarə Heyətinin sədri professor Hayrettin İvginlə keçirdiyi görüşlər, Vəcihə Səmədova adına Sərgi salonunda AMEA əməkdaşlarının rəsm əsərlərindən ibarət sərgi, AMEA-da keçirilmiş “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyərlər və mənəvi-estetik zənginlik” mövzusunda konfrans, “Bəkir Nəbiyev və ədəbiyyatşünaslığın aktual problemləri” mövzusunda elmi sessiyaya dair yazılar geniş şəkildə işıqlandırılıb.
Bundan əlavə, “Dövlət Suverenliyi – tarixi yolun məntiqi yekunu”, “Qədim uyğur türklərinin mədəni irsinə elmi baxış”, “Xocalı-Gədəbəy mədəniyyətinə aid Baydar nekropolu Son Tunc dövrünün yeni faktlarını üzə çıxarır” başlıqlı məqalələr, AMEA-nın müxbir üzvü Şahbaz Muradovla müsahibə, yeni nəşrlər, elanlar və s. informasiyalar oxuculara təqdim olunur.
Qəzetin rus və ingilis dili bölmələrində AMEA-nın ötən həftə elmi-təşkilati fəaliyyətinə dair xəbərlər, tarix üzrə elmlər doktoru, professor Mais Əmrahovla müsahibə və s. məlumatlar dərc edilib.