Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib


24 sentyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçirilib.

Seminarda institutun “Funksiyalar nəzəriyyəsi” şöbəsinin baş elmi işçisi, professor Rəşid Əvəzağa oğlu Əliyev “Çoxdəyişənli kəsilməz funksiyaların birdəyişənli koordinat funksiyaların cəmi ilə ən yaxşı yaxınlaşması” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə çoxdəyişənli funksiyaların birdəyişənli funksiyaların cəmi ilə yaxınlaşdırılması məsələsinin elmi baxımdan əhəmiyyəti və bu sahənin inkişaf tarixi haqqında məlumat verilib. İkidəyişənli funksiyalar halında məsələnin müxtəlif çoxluqlarda müəyyən şərtlər daxilində həllindən bəhs olunub, həmçinin üç və daha artıq dəyişənli funksiyalar üçün yaranan çətinliklər və onların aradan qaldırılması yolları müzakirə olunub.

Seminar iştirakçıları tərəfindən mövzu böyük maraqla qarşılanıb, məruzə ətrafında geniş elmi müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər