Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları Şamaxıda unudulmaz istirahət günü keçiriblər


28 sentyabr 2025-ci il tarixində Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri tərəfindən əməkdaşlar üçün təşkil olunan bir günlük Şamaxı səfəri uğurla həyata keçirilib. İnstitutun 27 nəfər əməkdaşı Azərbaycanın ən gözəl təbiət guşələrindən biri sayılan Şamaxıda — Abqora və Məlhəm istirahət mərkəzlərində dincəlmək və rahat istirahət etmək imkanı əldə ediblər. İnstitut əməkdaşları bölgənin görməli yerləri ilə tanış olub, təbiətin qoynunda yadda qalan bir gün keçiriblər. Gəzinti zamanı, həmçinin əməkdaşlar üçün müxtəlif əyləncəli oyunlar keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər