Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Ümuminstitut seminarında üçdəyişənli funksiyaların yaxınlaşması məsələsinə həsr olunmuş məruzə dinlənildi


01 oktyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Ümuminstitut seminarı keçirilmişdir. Seminarda Bakı Dövlət Universitetinin II kurs magistrantı Vüqar Əli oğlu QuliyevÜçdəyişənli kəsilməz funksiyaların birdəyişənli koordinat funksiyaların cəmi ilə ən yaxşı yaxınlaşması” mövzusunda elmi məruzə ilə çıxış etmişdir.

Məruzə zamanı məruzəçi üçdəyişənli kəsilməz funksiyaların birdəyişənli funksiyaların cəmi ilə yaxınlaşdırılması məsələsinin yaranma və inkişaf tarixi haqqında geniş məlumat vermiş, həmçinin bu məsələnin müəyyən şərtlər daxilində necə həll olunduğunu izah etmişdir.

Seminar iştirakçıları mövzu ətrafında elmi müzakirələr aparmış, məruzəçiyə suallar ünvanlamış və mövzuya dair maraqlı fikir mübadiləsi olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər