Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda Ümumdünya Layiqli Əmək Günü qeyd olunub


7 oktyabr Ümumdünya Layiqli Əmək Günü münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda tədbir keçirilib. Tədbirdə institutun rəhbərliyi, əməkdaşları və həmkarlar ittifaqı nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov bu əlamətdar günün əmək dünyasında oynadığı rol barədə fikirlərini bölüşüb. Bildirib ki, hər il 7 oktyabr “Ümumdünya Layiqli Əmək Günü” kimi qeyd olunur və bu təşəbbüs ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib. Hazırda Beynəlxalq Əmək Təşkilatı və Azərbaycan Həmkarlar İttifaqlarının iştirakı ilə 2024-2028-ci illər üçün Layiqli Əmək üzrə yeni Ölkə Proqramının layihəsi üzərində işlər aparılır. Hər bir vətəndaşın layiqli yaşayış və iş yeri ilə təmin olunması ölkənin sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindəndir.

Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə Ümumdünya Layiqli Əmək Gününün mahiyyətindən bəhs edərək bildirib ki, bu günün qeyd olunması cəmiyyətin sosial ədalətə, insan hüquqlarına və əmək münasibətlərinə verdiyi dəyərin göstəricisidir. O, həmkarlar ittifaqlarının bu sahədə üzərinə düşən məsuliyyətli rolu xüsusi olaraq vurğulayıb.

Tədbir çərçivəsində mövzuya dair məruzələr dinlənilmiş, iştirakçılar arasında geniş fikir mübadiləsi aparılmış və bir sıra təkliflər irəli sürülmüşdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər