Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib


15 oktyabr 2025-ci il tarixində Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda fizika-riyaziyyat elmləri doktoru, professor Heybətqulu Mustafayev “Topoloji qruplarda verilmiş ölçülər ardıcıllığının yığılması haqqında bəzi nəticələr” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə lokal kompakt qruplar üzərində təyin edilmiş ölçülərin iterasiyalarının asimptotik xassələri ətraflı şəkildə izah olunub. Professor Heybətqulu Mustafayev bu sahədə aparılmış tədqiqatların tarixi aspektlərinə də toxunaraq, müxtəlif dövrlərdə riyaziyyatçılar tərəfindən ölçülərin ergodik xüsusiyyətləri ilə bağlı əldə olunmuş əsas nəticələri seminar iştirakçılarına təqdim edib.

Seminar elmi ictimaiyyətin böyük marağına səbəb olub və iştirakçılar arasında mövzu ətrafında maraqlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər