22/10/2025
23.10.2025-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun“Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçiriləcək. Seminarda “Optimal İdarəetmə” şöbəsinin baş elmi işçisi f-r.e.d, professor Telman Məlikov “Klassik variasiya hesabının əsas minimallıq şərtlərinin Pontryaginin maksimum prinsipinin müqayisəsi”mövzusunda məruzə ilə çıxış edəcək.
Məruzədə konkret misallar əsasında maksimum prinsipi, Yakobi şərti, Lejandr şərti və Veyerştrass–Erdman şərtinin bilavasitə nəticələri olmadığı şərh olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.