22/10/2025
22 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirilib. Seminarda institutun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi, dosent Elman İbrahimov “Gegenbauer – Orliç fəzalarında Gegenbauer maksimal funksiyasının komutatoru ilə Gegenbauer – Lipşits fəzalarının xarakteristikası” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Gegenbauer MGb,a kəsr maksimal komutatorunun G-Orliç fəzalarında b–G–Lipşits fəzasına daxil olduqda məhdudluğu məsələsi araşdırılıb. Mövzu çərçivəsində funksional analiz və harmonik analiz sahələrində aktual olan yanaşmalardan istifadə olunub, həmçinin əldə edilən nəticələrin tətbiq imkanları da müzakirə edilib.
Seminar iştirakçıları tərəfindən mövzuya böyük maraq göstərilib, məruzə ətrafında elmi diskussiya aparılıb və çıxışçıya mövzu ilə bağlı suallar ünvanlanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.