23/10/2025
23 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun “Optimal İdarəetmə” şöbəsinin növbəti seminarı keçirilib.
Seminarda şöbənin baş elmi işçisi, f-r.e.d., professor Telman Məlikov “Klassik variasiya hesabının əsas minimallıq şərtlərinin Pontryaginin maksimum prinsipinin müqayisəsi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə konkret misallar əsasında maksimum prinsipi, Yakobi şərti, Lejandr şərti və Veyerştrass–Erdman şərtinin bilavasitə nəticələri olmadığı şərh olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.