Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

AMEA-nın rəhbərliyi və xarici elmi qurumların nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər


AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri və Akademiyanın 80 illik yubiley tədbiri çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın bir sıra Elmlər Akademiyalarının və nüfuzlu beynəlxalq elmi qurumlarının rəhbər heyəti və nümayəndələri Fəxri Xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Elmi ictimaiyyətin nümayəndələri Ulu Öndərin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq görkəmli dövlət xadiminin məzarüstü abidəsinin önünə gül dəstələri qoyub, ruhu qarşısında baş əyiblər.

Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Həmçinin Fəxri Xiyabanda AMEA-nın mərhum prezidentləri akademik Mirəsədulla Mirqasımovın, akademik Yusif Məmmədəliyevin, akademik Musa Əliyevin, akademik Zahid Xəlilovun, akademik Rüstəm İsmayılovun, akademik Həsən Abdullayevin, akademik Eldar Salayevin, akademik Fəraməz Maqsudovun və akademik Mahmud Kərimovun məzarları ziyarət edilib, xatirələri ehtiramla anılıb.

science.gov.az

Faydalı linklər