12/11/2025
12 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib.
Seminarda İnstitutun “Riyazi-fizika tənlikləri” şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Fərman Məmmədov “Elliptik və parabolik tənliklər üçün Harnak bərabərsizliyi haqqında” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Harnak bərabərsizliyinə dair müxtəlif tənliklər üzrə qısa icmal təqdim olunub. Sonda isə formal qoşma tənlik (ikiqat divergent) üçün aparılmış elmi araşdırmalardan və bu istiqamətdə əldə edilmiş nəticələrdən bəhs edilib.
Seminar iştirakçıları mövzu ətrafında müzakirələr aparıb və suallarını məruzəçiyə ünvanlayıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.