19/11/2025
19.11.2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçirildi.Seminarda institutun “Riyazi analiz” şöbəsinin baş elmi işçisi,dosent Elman İbrahimov “Gegenbauer –Orliç fəzalarında Gegenbauer maksimal funksiyasının komutatoru ilə Gegenbauer –Lipşits fəzalarının xarakteristikası” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə Gegenbauer MGb,a kəsr maksimal komutatorunun G-Orliç fəzalarında b G-Lipşits fəzasına daxil olduqda məhdudluğu ətraflı təhlil edilib.
Seminar iştirakçıları tərəfindən məruzə yüksək elmi əhəmiyyət daşıyan tədqiqat işi kimi qiymətləndirilib, mövzu ətrafında müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.