Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin AMEA-nın 80 illik yubileyinə dair xüsusi buraxılışı çapdan çıxıb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında Akademiyanın 80 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışı çap edilib. Bu sayda AMEA-nın 80 illik yubiley yığıncağının mühüm hadisələri və nəticələri əks olunub.

Qəzetin ilk səhifələrində yubiley tədbirində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş nitqi yer alır. Həmçinin, dövlət başçısının “Azərbaycan elminin inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında” Sərəncamının mətni dərc edillib.

Xüsusi nömrədə AMEA-nın yubileyi münasibətilə tədbirdə iştirak edən yerli və xarici ölkələrdən gəlmiş elm xadimlərinin təbrik nitqləri və çıxışları, eyni zamanda xarici akademiyaların və beynəlxalq elmi qurumların rəhbərlərinin səsləndirdiyi fikirlər geniş işıqlandırılıb.

Bundan əlavə, qəzetdə AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin “Azərbaycan Milli Elmlər Akademiyasının miqyası və missiyası” adlı məruzəsi və akademik İsa Həbibbəyli tərəfindən Akademiyanın kollektivi adından Prezident İlham Əliyevə ünvanlanmış minnətdarlıq məktubu oxuculara təqdim olunur.

Xüsusi buraxılışda Prezident İlham Əliyevin yubiley yığıncağındakı nitqində irəli sürdüyü çağırışlar və Azərbaycan elminin vəzifələrinə dair Rəyasət Heyətinin iclası, yubiley çərçivəsində keçirilən elmi sessiya, Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyinin Baş Assambleyasının VIII iclası, elmi nailiyyətlər sərgisi, Akademiya Muzeyinin açılışı və ağacəkmə aksiyası və digər tədbirlər barədə ətraflı informasiyalar yer alır.

Qəzetin rus və ingilis dillərində olan bölmələrində yubiley çərçivəsində reallaşdırılan mühüm tədbirlərə, o cümlədən beynəlxalq əhəmiyyətli görüşləri əhatə edən dolğun materiallara yer verilib.

science.gov.az

Faydalı linklər