Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin noyabr ayında sonucu nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlığı genişləndirir” başlıqlı icmal yer alıb.

Bugünkü buraxılışın ilk səhifələrində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin də iştirak etdiyi Azərbaycan nümayəndə heyətinin Daşkənd səfəri, “Azərbaycanın elmi ictimaiyyəti ölkə başçısına minnətdardır” başlıqlı AMEA Rəyasət Heyətinin genişləndirilmiş iclası və “I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu” haqqında geniş yazılar təqdim edilib.

Bu sayda AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə kitabxana-informasiya fəaliyyətində innovasiyalar: ənənəvi və elektron mənbələrin yaradılması və istifadəsi” mövzusunda beynəlxalq elmi konfrans və ETN-nin Fizika İnstitutun 80 illik yubileyi münasibəti ilə keçirilən tədbirə dair informasiyalar, eləcə də AMEA-nın 80 illik yubileyi münasibətilə təbrik və minnətdarlıq məktubları yer alıb.

“Elm” qəzetinin bu nömrəsində, akademik Firudin Haşımzadənin anadan olmasının 90 illiyi münasibətilə “Yarımkeçiricilər nəzəriyyəsi sahəsində elmi məktəbin banilərindən biri” başlıqlı məqalə də işıqlandırılıb.

Qəzetin rus və ingilis dili bölmələrində Akademiyanın elmi-təşkilati fəliyyətini əks etdirən informasiyalar, o cümlədən “Результат – научный продукт” sərlövhəli məqalə dərc edilib.

science.gov.az

Faydalı linklər