08/12/2025
10.12.2025-ci il tarixində saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika Institutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda “Funksional analiz” şöbəsinin baş elmi işçisi,professor Nigar Aslanova “Diferensial operatorlarla bağlı sonsuz cəmlərin hesablanması üsulları barədə” məruzə ilə çıxış edəcək.
Məruzədə qeyri – məhdud operator əmsallı diferensial operatorların requlyarlaşmış izlərinin hesablanması üsulları barədə məruzə ediləcək və bunda istifadə olunan xarakteristik determinantla normallaşdırıcı vuruqlar arasında münasibət barədə məlumat veriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.