09/12/2025
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Riyaziyyat və Mexanika İnstitutuna dünyanın aparıcı elmi məlumat platformalarından biri olan “ProQuest Central” akademik informasiya bazasına giriş imkanı təqdim edilmişdir.
İnstitut əməkdaşları aşağıdakı link vasitəsilə bazadan istifadə edə bilərlər:
https://www.proquest.com/?accountid=223260
“ProQuest Central” müxtəlif elm sahələrini əhatə edən milyonlarla elmi məqalə, jurnal, dissertasiya, kitab və digər informasiya resurslarını özündə birləşdirən geniş beynəlxalq məlumat bazasıdır.
İstifadə qaydaları:
Müəssisə daxilində giriş: İnstitutun internet şəbəkəsinə qoşulduqda bazadan birbaşa və sərbəst istifadə mümkündür.
Müəssisədən kənarda giriş: Uzaqdan istifadə üçün əlavə aktivasiya tələb olunur. Bunun üçün əməkdaşlar müvafiq sorğunu email vasitəsilə Agentliyə göndərməlidirlər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.