Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçirilib


10 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı baş tutub. Seminarda institutun “Funksional analiz” şöbəsinin baş elmi işçisi, professor Nigar AslanovaDiferensial operatorlarla bağlı sonsuz cəmlərin hesablanması üsulları barədə” mövzusunda məruzə ilə çıxış edib.

Təqdimat zamanı professor Nigar Aslanova qeyri–məhdud operator əmsallı diferensial operatorların requlyarlaşmış izlərinin hesablanması üsulları barədə ətraflı məlumat verib. Məruzədə həmçinin bu hesablamalarda istifadə olunan xarakteristik determinant və normallaşdırıcı vuruqlar arasındakı əlaqə geniş şəkildə izah olunub.

Seminar iştirakçıları mövzu ilə bağlı müzakirələr aparıb, təqdim olunan nəticələrin funksional analiz və müasir differensial operator nəzəriyyəsi üçün əhəmiyyəti vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər