15/12/2025
17 dekabr 2025-ci il tarixində saat 10:00 -da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda institututn “Tətbiqi riyaziyyat” şöbəsinin aparıcı elmi işçisi,f.r.e.n. İmaməliyev S.Ə. “Divarı deformasiya olunan boruda maye-qaz qarışığının hərəkət dinamikasının modelləşdirilməsi” mövzusunda məruzə ilə çıxış edəcək.
Məruzədə Divarı deformasiya olunan boruda maye-qaz qarışığının hərəkət dinamikasının modeli qurulmuş və alınan tənliklər həll edilmişdir. Qarışığın təzyiq sahəsini, kütlə sərfini və hər bir fazanın konsentrasiyasını borunun girişində və çıxışında təzyiqin istənilən qanunla dəyişməsində təyin edə bilən analitik ifadələr alınmışdır. Sistemi xarakterizə edən parametrlərin praktiki qiymətlərində ədədi hesablamalar aparılmışdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.