Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

“Elm” qəzetinin növbəti sayı çap olunub


AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin dekabr ayında növbəti nömrəsi çapdan çıxıb.

Bu sayın ön səhifəsində “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda elmi konfransa dair yazı yer alıb.

Bugünkü buraxılışın ilk səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə Milli Məclisdə keçirilən “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: mövcud vəziyyət və perspektivlər” adlı konfrans, Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyasının birgə keçirdiyi akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans haqqında geniş yazılar təqdim edilib.

Həmçinin “Yeni reallıqlar şəraitində Azərbaycanın iqtisadi və sosial inkişafı: problemlər, çağırışlar, perspektivlər” adlı konfrans, eləcə də AMEA prezidentinin Çin Elm və Texnologiya Assosiasiyasının direktoru və Türkiyənin Yunus Əmrə İnstitutunun başqanı ilə görüşlərinə dair informasiyalar və Sileziya Texnologiya Universitetinin kollektiv adından AMEA-nın 80 illik yubileyi münasibətilə təbrik məktubu yer alıb.

Bundan əlavə, Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə keçirilən tədbirlər, dünyaşöhrətli Çin alimi Liu Huinin 1800 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans, Ədəbiyyat İnstitutunun 2025-ci ildəki elmi fəaliyyətinə dair hesabat, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin GEANT-ın Baş Assambleyasının iclasında iştirakı haqqında xəbərlər, həmçinin “Ölkə başçısının çağırışı və strateji geoloji tədqiqatların yeni mərhələsi” və “Dövlətin dil siyasəti və milli kimliyimizin qorunması” başlıqlı məqalələr işıqlandırılıb.

Qəzetin rus və ingilis dili bölmələrində isə Akademiyanın elmi-təşkilati fəliyyətini əks etdirən informasiyalar dərc edilib.

science.gov.az

Faydalı linklər