Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

ELAN


24 dekabr 2025-ci il tarixində, saat 10:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunda növbəti Ümuminstitut seminarı keçiriləcək. Seminarda institutun Cəbr və Riyazi Məntiq şöbəsinin müdiri, dosent Əli Babayev «Evklidin “Əsaslar” əsərinin II kitabına Nəsirəddin Tusinin şərhləri və düz xətt parçalarının hasili haqqında» mövzusunda məruzə ilə çıxış edəcək.

Bir qrup riyaziyyatçılar  Evklidin «Əsaslar» əsərinin II kitabını «Həndəsi cəbr» adlandırırlar. Məruzədə bu fikrin yanlış olduğu göstərilir. Bundan əlavə Tusi bu əsərə yazdığı şərhdə iki düz xətt parçasının hasilinin sahə olduğunu deyir. «Əsaslar» əsərində düz xətt parçalarının hasili anlayışı yoxdur. Hətta Dekart özünün məşhur «Həndəsə» əsərində iki düz xətt parçasının hasilini düz xətt parçası kimi təyin edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər