05/01/2026
2025-ci il süni intellekt, robototexnika və yeni nəsil avadanlıqlar sahələrində inqilabi irəliləyişlər, hətta böyük bir sıçrayış ili oldu.
Publika.az xəbər verir ki. “Euronews” ötən ilin ən qeyri-adi ixtiralarının siyahısını tərtib edib – heyvanlar üçün robot köməkçilərdən və süni intellektlə işləyən dodaq boyası tətbiqedicilərindən tutmuş, insan dərisi kimi parlayan telefon üzlüklərinədək.
NE – təmizlik edə bilən, rəqs edən və itirdiyiniz açarları tapa bilən insanabənzər robot.
“Woofwoof Lux” – süni intellektlə təchiz olunmuş it yuyan aparat.
“Mirumi” – tüklü robot-yoldaş. Sensorlar sayəsində insanlara və hərəkət edən obyektlərə maraqla reaksiya verir, lakin qorxudulduqda və ya toxunulduqda uzaqlaşır.
“Ropet” – sensorlarla təchiz edilmiş robot-ev heyvanı. Oxşandıqda xoş şəkildə titrəyir və hətta qoşulduğu aksesuarlara uyğun olaraq gözlərinin rəngini dəyişir.
“Skincase” – günəşdə qaralan telefon üzlüyü.
“Realbotix” – realistik robot-rəfiqə. Model “təkmilləşdirilmiş bədən hərəkətliliyi”, mürəkkəb ardıcıllıq sistemi, obyektlərin tanınması və üçüncü tərəf süni intellekt texnologiyalarının, o cümlədən “ChatGPT”nin inteqrasiyası imkanı ilə fərqlənir.
“Spicerr” – süni intellektlə işləyən ədviyyat dozatoru.
Əllərdən istifadə etmədən dodaqları boyayan ağıllı dodaq boyası.