Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Misirin Bənhə Universitetində Azərbaycan dilinin tədrisinə başlanılır


Misirin Qalyubiyyə vilayətinin Bənhə Universitetində Azərbaycan dilinin tədrisinə başlanılır. Universitetin saytında bununla bağlı elan yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, beləliklə Misirdə Azərbaycan dilinin tədris edildiyi ali məktəblərin sayı 4-ə çatıb.

Bənhə Universitetinin rektoru Nasir əl-Cizavinin rəhbərlik etdiyi Xarici Dillər Mərkəzi Azərbaycan dili üzrə hazırlıq kursuna qəbul elan edib. Kurs ödənişsizdir və Azərbaycanın Misirdəki səfirliyinin dəstəyi ilə təşkil olunub. Universitetin əməkdaşları, bakalavr, magistratura və doktorantura mərhələlərində təhsil alanlar kursda iştirak etmək üçün müraciət edə bilərlər.

Universitetin nəzdində fəaliyyət göstərən Xarici Dillər Mərkəzinin müdiri doktor İman Əbdülhəq AZƏRTAC-a müsahibəsində bildirib ki, hazırlıq kursunda dərslər 3 səviyyə üzrə keçiləcək. Hər səviyyə üzrə dərslər ümumi 24 saat, həftədə 2 dəfə olmaqla gün ərzində 2 saat nəzərdə tutulub.

azertag.az

Faydalı linklər