09/01/2026
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin 2026-cı ildə ilk nömrəsi çapdan çıxıb.
Bu sayın ön səhifəsində “Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və “Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində milli prioritet və strateji hədəflər” başlıqlı icmal dərc edilib.
Bugünkü buraxılışın ilk səhifələrində AMEA Rəyasət Heyətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi zamanı Azərbaycan dilinin saflığının qorunması istiqamətindəki çağırışlarına həsr olunmuş müşavirə, Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyinə həsr edilmiş elmi konfrans və Birinci Türkoloji Qurultayın 100 illiyinə hazırlıqla bağlı müşavirəyə dair informasiyalar yer alır.
“Elm” qəzetinin bu nömrəsində, Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin təşkilatçılığı ilə arxiv sənədlərinin rəqəmsallaşdırılmasına həsr olunmuş tədbir haqqında xəbər, “Vətənin daş yaddaşında iz qoyan alim” və “Oğuz türkcəsinin Tacəddin Əhmədinin “Cəmşidnaməsi”ndən görünən tarixi topoqrafiyası” başlıqlı məqalələr, eləcə də digər yazılar işıqlandırılıb.
Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən xəbərlər, o cümlədən “Приоритеты – зеленая и голубая экономика” başlıqlı məqalə dərc edilib.