26/01/2026
AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.
Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin İsveçrədə Ümumdünya İqtisadi Forumunun İllik toplantısında iştirakına dair icmal yer alıb.
Bugünkü buraxılışın ilk səhifələrində AMEA-nın elmi bölmə və mərkəzlərinin, təşkilatlarının 2025-ci ildəki fəaliyyətlərinə həsr olunmuş AMEA-nın Rəyasət Heyətinin iclasları, AMEA-da 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar keçirilən tədbirlər, AMEA-nın Gənclər Akademiyasının ilk iclası, həmçinin “Elmin və şəxsiyyətin vəhdəti”, “Dilimizin saflığını qorumaq hər birimizin borcudur”, “Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı əsas mesajları və milli təhlükəsizlik konsepsiyası”, “Azərbaycan dilinin inkişafının strateji hədəfləri və prioritet istiqamətləri” sərlövhəli məqalələr, yeni nəşrlər və digər xəbərlər işıqlandırılıb.
Qəzetin rus və ingilis dili bölmələrində Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.