Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

QS Avropa reytinqində universitetlərimizin sayı ilk dəfə 15-ə yüksəlib


“Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq agentliyi tərəfindən dərc olunmuş “QS Avropanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alan Azərbaycan universitetlərinin sayı ötən illə müqayisədə 9-dan 15-ə yüksəlib.

“Azərbaycan müəllimi” xəbər verir ki, reytinqdə təmsil olunan 42 ölkədən 958 universitet arasında bu il 6 Azərbaycan universiteti ilk dəfə olaraq siyahıya daxil edilib.

Yeni daxil olan universitetlərin sayına görə Azərbaycan 17-ci mövqedə qərarlaşıb. Eyni zamanda, 10 və daha çox universitetlə təmsil olunan ölkələr arasında, universitetlərin reytinq mövqelərinin yüksəlməsi baxımından Azərbaycan 3-cü yeri tutur.

QS Avropa reytinqində ölkə üzrə ilk üçlükdə aşağıdakı universitetlər yer alır:

  1. Azərbaycan Dövlət İqtisad Universiteti – 271-ci yer;
  2. Bakı Dövlət Universiteti – 278-ci yer;
  3. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 349-cu yer.

Qeyd edək ki, reytinqin əvvəlki buraxılışı ilə müqayisədə siyahıda yer alan Azərbaycan universitetlərinin əksəriyyəti bu il “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Məşğulluq nəticələri”, “Əcnəbi müəllim payı” və “Müəllim-tələbə nisbəti” kimi əsas indikatorlar üzrə mövqelərini daha da yaxşılaşdırıb.

muallim.edu.az

Faydalı linklər