Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Riyaziyyat İnstitutu SOCAR-ın qrant müsabiqəsinin qalibləri sırasında yer alıb


SOCAR-ın Elm və Təhsil Fondunun 2025-ci il üzrə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələr arasında elan etdiyi qrant müsabiqəsinin qalibləri müəyyənləşib.

Müsabiqənin nəticələrinə əsasən, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Riyaziyyat İnstitutu PHŞ bir neçə layihə ilə qaliblər sırasında yer alıb.

İnstitutun qalib elan olunan layihələri aşağıdakılardır:

– Ştanqlı nasosla istismar olunan quyularda nasosun optimal iş rejiminin təyini üçün proqram təminatının (kompüter simulyatorunun) yaradılması;

– Az debitli quyulardan neft hasilatında neft-su nisbətinin artırılması üçün texnologiyaların və idarəetmə sisteminin işlənilməsi;

– Neftçıxarmada rəqəmsal xidmət infrastrukturunun qiymətləndirilməsi modelləri və alqoritmlərinin işlənilməsi;

– Karbohidrogen tullantıları ilə ətraf mühitin çirklənməsinin riyazi modelləşdirilməsi və təsirlərin azaldılması yollarının işlənməsi.

Qeyd edək ki, müsabiqə neft, neft-kimya və qaz sənayesi, alternativ enerji və yaşıl energetika sahələrində aktual elmi problemlərin həlli, innovativ və tətbiqyönümlü nəticələrin əldə olunması, eləcə də texnoloji və kommersiya potensialına malik elmi fəaliyyətin təşviqi məqsədilə təşkil olunub.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.

Faydalı linklər