Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Riyaziyyat və Mexanika İnstitutu

Azərbaycanda proqram təminatı üzrə mühəndislər hazırlanacaq


2026-2027-ci tədris ilindən etibarən təsnifata yeni əlavə edilmiş “Proqram təminatı mühəndisliyi” ixtisası üzrə kadr hazırlığı həyata keçiriləcəkdir.

Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, 2025-2026-cı tədris ilində IT ixtisasları (Kompüter elmləri, İnformasiya texnologiyaları, İnformasiya təhlükəsizliyi, Kompüter mühəndisliyi, Data analitikası) üzrə ali təhsilin bakalavriat səviyyəsində ümumilikdə 5500-dən artıq, magistratura səviyyəsində isə 1700-ə yaxın qəbul yerinin ayrılması planlaşdırılmışdır.

Məlumatda həmçinin bildirilir ki, gələcək perspektivdə süni intellekt və əlaqəli sahələr üzrə yeni ixtisasların yaradılması, mövcud təhsil proqramlarının beynəlxalq təcrübəyə uyğun olaraq yenilənməsi və multidissiplinar yanaşmanın tətbiqi nəzərdə tutulur. Bu istiqamətdə əmək bazarının tələbləri, texnoloji inkişaf trendləri və strateji prioritetlər nəzərə alınmaqla müvafiq planlaşdırma işləri davam etdirilir. Hazırda Elm və Təhsil Nazirliyinin aidiyyəti qurumları tərəfindən “Süni intellekt” həllərinin tətbiqi istiqamətində ilkin hazırlıq və növbəti dövr üçün təhlil və planlaşdırma işləri aparılmaqdadır.

muallim.edu.az

Faydalı linklər