11/03/2026
Məruzə hamar sərhədli məhdud oblastlarda simmetrik fəzaların normaları ilə törənən Banax-Sobolev fəzalarında II tərtib elliptik tənliklər üçün Dirixle məsələsinin həll olunmasına həsr edilmişdir.
Həll olunma güclü mənada başa düşülür. Xüsusi halda bircins uyğun məsələnin trivial həllinin varlığından qeyri-bircins məsələnin də həllinin varlığı alınır.
Müəyyən şərtlər daxilində baxılan məsələnin Banax-Sobolev fəzalarında həll olunmasına ekvivalent olduğu göstərilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.imm.az saytına istinad zəruridir.